AZE  RUS  ENG  TUR

 

 

“Marşal Sekyuriti Servis” MMC 2008-ci ilin mart ayında qeydiyyatdan keçmiş, xüsusi icazəsi (lisenziya) olan, dövlət təşkilatlarının, eləcə də xüsusi mülkiyyətçilərin əmlakının mühafizəsi, daşınması, eyni zamanda vətəndaşların həyatının təhlükəsizliyinin təminatı sahəsində fəaliyyət göstərən mühafizə firmasıdır.

“Marşal Sekyuriti Servis” MMC fəaliyyət dövründə etibarlı və işini düzgün qurmuş təşkilat kimi ad qazanmış, mühafizə xidməti bazarında Bakı və respublikanın digər zonalarında dinamik inkişaf edən təşkilat kimi tanınmışdır. Bu gün “Marşal Sekyuriti Servis” MMC respublikada bazarın bu sektorunda böyük kompaniyalardan  biridir.

Kompaniyanın ideologiyasının əsasını peşəkarlıq, hüquq-mühafizə orqanları ilə qarşılıqlı münasibət, qarşıya qoyulan məsələlərin operativ həlli, əməkdaşlığa həssas münasibət və mühafizə sistemində işlənilən ən yeni texnoloji nailiyyətlərin istifadə edilməsi təşkil edir.

“Marşal Sekyuriti Servis” MMC-nin əməkdaşlarının əsas hissəsini yüksək peşəkarlığa və böyük  təcrübəyə malik olan, güc strukturlarında çalışmış zabitlər, eləcə də Azərbaycan Respublikası Mühafizəçilərin İxtisaslaşdırılmış Tədris Mərkəzində təhsil almış və müvafiq sertifikatlı mühafizəçilər təşkil edir.

Yüksək keyfiyyətli xidmət aparmaq üçün kompaniyanın sərəncamında geniş spektrli texniki vasitələr, maddi resurslar vardır, lazımı infrastruktur yaradılmışdır.

Hazırda “Marşal Sekyuriti Servis” MMC geniş spektrdə xidmət təqdim edir, o cümlədən: obyektlərin fiziki və texniki vasitələrlə təhlükəsizliyinin təmini, mühafizə və videomüşahidə sistemlərinin quraşdırılması və onlara texniki xidmətin göstərilməsi, obyektlərdə texniki vasitələrlə nəzarət-buraxılış sisteminin tətbiqi, obyektlərdə monitorinqlərin keçirilməsi, VIP personaların mühafizəsi.